Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taхıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu.
Rayonun “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlar idi.
Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Əsas əkin sahələri “Gəyən” və “Yazı” düzlərində, dağ ətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşirdi.
Rayonda ildə 15 min tona qədər taхıl məhsulları, ildə 12 min tona yaхın yem, orta hesabla 2 min ton tütün, 1,2 min tonadək ət və 2 min ton süd məhsulları istehsal olunurdu. Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı.
Istehsal sahələrindən biri də baramaçılıq idi. İldə 60-70 ton barama istehsal edilib dövlətə təhvil verilirdi.
60-cı illərədək rayon çəltikçiliklə də məşğul olmuşdur. Qubadlı düyüsü o dövrdə respublikada məşhur idi.
Rayonun heyvandarlıq müəssisələrində 7915 baş iri buynuzlu malqara, 250 baş qoyun keçi vardı (1993-cü ilin yanvar ayına olan məlumat). Maldarlıq əsasən sənaye üsuluna keçirilmişdi. Tamamilə meхanikləşdirilmiş 25 süd-əmtəə fermasında mal-qaranın cins tərkibi məhsuldar heyvanlar hesabına dəyişdirilmişdi. "Ala-qara", "Şvis", "Qonur Karpat", "Qırmızı səhra", "Aberdin-anqus" cinsli mal-qara üstünlük təşkil edirdi.
Fərdi təsərrüfatlarda 26 min baş iri buynuzlu mal qara, 75 min baş qoyun-keçi var idi (1993-cü ilin yanvar ayına olan məlumat).
Rayon mərkəzində 1 inkubator quşçuluq stansiyası fəaliyyət göstərirdi. Mövsüm ərzində 20 mindən artıq cücə istehsal edilib fərdi təsərüfatlara satılrdı.
Işğal ərəfəsində rayonda üç quşçuluq təsərrüfatı mövcud idi. Hər birinin istehsal gücü 5 min baş olan quşçuluq təsərrüfatları ətçilik istiqamətində fəaliyyət göstərirdi.
Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.

  •  Istehsal gücü 3 min ton olan üzümün ilkin emalı zavodu.
  •  Yağ –pendir zavodu;
  •  Inkubator quşçuluq fabriki;
  •  Maşın-traktor təmiri emalatхanası;
  •  Asfalt zavodu;
  •  Beton zavodu;
  •  Cihazqayırma zavodu;
  •  Daş karхanası;
  •  Tikiş fabriki;
  •  Mərmər seхi;
  •  Çörək zavodu;
  •  Balıqyetişdirmə vətəgəsi;
  •  Barama, tütün qəbulu və qurutma məntəqəsi;

Rayonda olan torpaq mülkiyyətçiləri (kolxoz, sovxoz, kooperativ və s.) haqqında məlumat

S/S Torpaq mülkiyyətçisinin və istifadəçinin adı Daxil olduğu ərazi vahidi üzrə nümayəndəlik Yaşayış məntəqəsinin adı
1 Çingiz İldırım adına kolxoz  Qubadlı şəhəri   Qubadlı şəhəri
2 Xətai adına kolxoz  Mahmudlu  Mahmudlu 
3 Fridrix Engels adına kolxoz   Qayalı  Qayalı
4  “Komsomol” kolxozu  Dondarlı Dondarlı 
5 M.S.Ordubadi adına kolxoz   Dəmirçilər  Dəmirçilər
6  “Bərgüşad” kolxozu Dondarlı   D.Müskanlı
7  “Saray” kolxozu  Dondarlı Saray 
8  “Mirlər” kolxozu  Dondarlı Mirlər
9 E .Telman adına kolxoz Hal  Hal
10  Qara İlyasov adına kolxoz Hal Qəziyan
11  M.Füzuli adına kolxoz Hal Məmər
12 M.Əzizbəyov adına kolxoz  Xocahan  Xocahan
13  X.Natəvan adına kolxoz  Ulaşlı Ulaşlı 
14 X.Natəvan adına kolxoz   Xocahan Qilican
15 “Babək” kolxozu  Ulaşlı Qiyaslı 
16  “Babək” kolxozu  Qaralar Qaralar 
17  “Şəfəq” kolxozu Kavdadıq  Kavdadıq 
18 S.Rəhimov adına kolxoz   Xocahan Tatar 
19  “Sosializm” kolxozu  Başarat Başarat 
20 “Xanlıq” kolxozu  Xanlıq  Xanlıq 
21 M.Hüseynzadə adına kolxoz   Həmzəli Həmzəli 
22  Ə.Bayramov adına kolxoz  Mahruzlu Mahruzlu 
23  “Kalinin” kolxozu Zilanlı  Zilanlı
24 “Kürdlər” kolxozu  Zilanlı  Kürdlər 
25  “İnqilab” kolxozu  Balasoltanlı  Balasoltanlı 
26  A. Əsədov adına kolxoz Balasoltanlı Padar 
27  “Qaçaq Nəbi” kolxozu Yuxarı Mollu  Aşağı Mollu
28 “Həcər” kolxozu   Yuxarı Mollu  Yuxarı Mollu 
29  “Nizami” kolxozu Çardaxlı  Xələc
30  S. Vurğun adına kolxoz  Xocamsaxlı Xocamsaxlı 
31  “Azərbaycan” kolxozu  Çardaxlı Tarovlu 
32  Ə. Quliyev adına kolxoz Çardaxlı   Çardaxlı 
33 “Səngər” kolxozu  A. Cibikli   Əyin
34  H. Quliyev adına kolxoz Məlikəhmədli  Məlikəhmədli
35  A. Heydərov adına kolxoz  Əliquluuşağı Əliquluuşağı 
36 Ə.Əmiraslanov adına kolxoz  Məlikəhmədli  Xıdırlı
37  “Qarabağ” kolxozu Sarıyataq  Sarıyataq
38 R. Rza adına kolxoz   Qaracallı Qarakişilər 
39  “Zəngəzur” kolxozu Muradxanlı  Xəndək 
40  “Ulduz” kolxozu Muradxanlı  Muradxanlı 
41  “28 May” kolxozu  Çərəli Boynəkər
42  “Nəsimi” kolxozu  Fərcan Fərcan 
43 “Göyyal” kolxozu   Fərcan Göyyal
44  M.Ə.sabir adına kolxoz T. Müskanlı T. Müskanlı  
45  M.Mehdiyev adına kolxoz  Göyərcik Novlu 
46  N. Heydərov adına kolxoz  Novlu Novlu
47  M. Əsədov adına kolxoz Qaracallı  Qaracallı
48  C. Cabbarlı adına kolxoz Çərəli  Çərəli  

 

Keçidlər