Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

Qubadlı rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxs

Ünvanı. Sumqayıt şəhəri, 9-cu məhəllə, M. Hüseynzadə küçəsi 11.
Marşrutlar. 7A, 7B, 2, 5, 30
Əlaqə telefonu. (018) 654-06-74

Rəhbəri.
Həsənov Yaşar Yadigar oğlu - 18 noyabr 1983-cü ildə Qubadlı rayonu, Dəmirçilər kəndində anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetinin stomatologiya fakültəsini bitirmişdir. 2006-2007-cı illərdə Respublika Stomatoloji Mərkəzində Internatura keçmiş, 2007-2019-cu illərdə özəl stomatoloji fəaliiyyətlə məşğul olmuş, 01.08. 2019-cu ildən -07.08.2020-ci il tarixdədək Qubadlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsdə həkim-stomatoloq, həmin tarixdən Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin olunmuşdur. 

Qubadlı rayon səhiyyə müəssisələri haqında məlumat.

İşğaldan əvvəl
Qubadlı rayonu Ermənistan ordu birləşmələri tərəfindən işğal edilməzdən əvvəl rayonda aşağıdakı səhiyyə müəssisələri fəaliyyət göstərirdi:

  • Mərkəzi Rayon Xəstəxanası - 1
  • Mərkəzi poliklinika - 1
  • Təcili tibbi yardım stansiyası - 1
  • Sanitarepidemioloji stansiya - 1
  • Apteklər - 4
  • Kənd sahə xəstəxanası - 3
  • Kənd həkim ambulatoriyası - 5
  • Feldşer-mama məntəqələri - 54
  • Profilaktiki dezinfeksiya məntəqəsi - 1

Bu müəssisələrdə 54 həkim, 310 orta tibb işçisi çalışırdı.

İşğaldan sonra
İşğal zamanı bütün səhiyyə obyektləri və əmlakı işğal zonasında qalmışdır. İşğaldan sonra rayon əhalisinin müvəqqəti məskunlaşma dislokasiyası nəzərə alınmaqla Mərkəzi xəstəxananın Poliklinika şöbəsi Sumqayıt şəhərində fəaliyyətini qismən bərpa etmişdir. Burada poliklinika üçün ayrılmış binada yüksək səviyyədə tikinti və əsaslı təmir işləri aparılmış, ən müasir tibbi avadanlıqlarla təchizat təmin olunmuşdur. Hazırda Qubadlı rayon Mərkəzi Poliklinikasında aşağıdakı istiqamətlər üzrə pasiyentlərə ambulator tibbi müayinə xidməti göstərilir:

  1. Terapevt
  2. Pediatr
  3. Nevropotoloq
  4. Otolorinqoloq
  5. Cərrahiyə 
  6. Kardioloq
  7. Endokrinoloq
  8. Mama-ginekoloq
  9. Oftalmoloq
  10. Stomotoloq
  11. Ultrasəs
  12. Endoskopiya
  13. Fizioterapiya
  14. Klinik diaqnostika

Poliklinikadan əlavə 3 tibb məntəqəsinin də fəaliyyəti bərpa edilmişdir:
Tatar tibb məntəqəsi
Ünvan: Sumqayıt şəhəri, “Sumqayıt” mehmanxanası

Qarakişilər tibb məntəqəsi
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar qəsəsbəsi, Xəzri yaşayış massivi

Qarağaclı tibb məntəqəsi
Ünvan: Sumqayıt şəhəri, 26-cı məhəllə, "Şəfa" sanatoriyası
 

Keçidlər